10 mart - Milli Teatr günü
Əziz tamaşaçım!
Bu gün mənim 149 yaşım tamam olur.1873- cü ildə maarifpərvər ziyalıların olmazın əziyyətləri bahasına yarandım.İlk günümdən cəhalətin zülmətində nur kimi saçdım.Əvvəllər güldürə-güldürə,sonralar ağlada ağlada cəmiyyət həyatına işıq tutdum.Əvvəl məbəd dedilər,sonra məktəbə çevirdilər,bir ara güzgü sandılar,böyüdücü şüşə,barometr,əyləncə vasitəsi,ideoloji silah,müalicə metodu,biznes...min cür ayama qoşdular.Zaman ötdükcə enişli -yoxuşlu yollardan keçdim, gah büdrədim,gah yıxıldım... amma məhv olmadım,yeniləndim,əbamı dəyişdim. Dəyişməyən bircə şey oldu - Sən. 149 il qabaqda sənsiz yaşaya bilmirdim, bu gün də. Çünki teatr sən özünsən.Teatr insandır.Teatr tamaşaçıdır. Ona görə də mənim bayramım elə sənin də bayramındır.Bayramınız mübarək!
Sevgiylə,
Sənin milli teatrın.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur