azadliq-heykelinin-1916-ci-ilde-cekilmis-nadir-fotosu
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 250

"Azadlıq Heykəli"nin 1916-cı ildə çəkilmiş, nadir fotosu.

Nyu York şəhərində yerləşən "Azadlıq Heykəli"nin 1916-cı ildə çəkilmiş, nadir fotosu.
 
 Bu foto heykəlin məşəl hissəsindən çəkilib. 1916-cı ilə qədər bura turistlərin çıxmasına icazə verilirdi. Ancaq həmin ildə baş verən "Black Tom" partlayışından sonra məşəl hissəsi böyük zərər gördü və birdəfəlik bağlandı.
 
 Partlayışın bu cür adlandırılması bu heykələ yaxın yerləşən ada ilə bağlı idi. Black Tom adasında o vaxt Birinci Dünya müharibəsi zamanı Avropa ölkələrinə satılacaq böyük miqdarda silah-sursat istehsal edirdi. ABŞ 1917-ci ilə qədər müharibəyə girmədi, lakin Amerika istehsalı olan silahların İngiltərə və Fransaya göndərilməsi Almaniya tərəfindən təcavüz aktı kimi qəbul edildi.
 
 Adadakı partlayışın əvvəlcə diqqətsiz işçilər, daha sonra da almanlar tərəfindən törədildiyi iddia olundu. Partlayışın qəlpələri heykəli ciddi şəkildə zədələdiyi üçün bu hissə birdəfəlik bağlandı. Sonradan partlayışın almanlar tərəfindən törədildiyi üzə çıxarıldı və 1970-ci ildən sonra ABŞ-a dəymiş 25 milyon dollarlıq zərər almanlara ödətdirildi.
 
Mənbə: ScienceArc

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur