bp-or-not-bp-teatral-etirazlar
Müəllif: Publisist.az /Tarix: 2021-01-31 /Oxunma Sayı: 433

BP or not BP? Teatral Etirazlar

Teatral Etirazlar – 1
BP or not BP?

 

     BP or not BP? etirazçı teatr dəstəsi 2012 – ci ildə Böyük Britaniyanın petrol şirkəti olan BP (British Petroleum) – nin Royal Şekspir Teatrında sponsorluğuna etiraz olaraq yaradılıb. Qrup o zamandan bəri Art Not Oil koalisiyasının bir hissəsi olaraq neft şirkətlərinin sponsorluq etdiyi yerlərdə icazəsiz olaraq teatral etirazlar həyata keçirir.
       Bp or not Bp qrupunun məqsədi insan hüquqları pozuntusunda tez – tez adı hallanan BP şirkətinin Tarte Modern və British Museum kimi nəhəng mədəniyyət ocaqlarına sponsorluq edərək “öz imicini incəsənətlə təmizləmək” istəməsinə qarşı etiraz səsini yüksəltmək idi.
       Qrup bu günə qədər müxtəlif zaman və məkanlarda, müxtəlif obrazlarda tam 50 performans nümayişinə nail olmuşdur. 2016 – cı il 25 sentyabrda Britaniya Muzeyində baş tutan nümayişdə qrupun 200 üzvü iştirak etmişdi.

       2015 – ci ildən bəri nümayişlərini daha çox Britaniya muzeyində keçirən qrup elə həmin il 13 sentyabrda daha maraqlı bir performansı ilə yadda qaldı. Bazar günü 15 fərqli qrupdan toplaşan qara geyimli etirazçılar düzülüşləri ilə “NO” kəlməsini yaratdılar. Çətirlərini açaraq görüntünü tamamlayan iştirakçılar daha sonra musiqi və dialoqlarla tamaşanı davam etdirdilər.

       2015 – ci il 18 oktyabrda isə yenə də Britaniya muzeyində hazırlanan səyyar tamaşa BP - nin Kolumbiyada törətdiyi cinayət qurbanlarından olan Gilberto Torresə dəstək xarakteri daşıyırdı.
       Kolumbiyalı sindikatçı və keçmiş neft mühəndisi Gilberto Torres 2002 – ci ildə paramilitar qüvvələr tərəfindən qaçırılıb işgəncə görmüş və 42 gün sonra beynəlxalq ictimaiyyətin məsələyə qarışması ilə sərbəst buraxılmışdır. Başladılan məhkəmə prosesində Torresi qaçıran şirkətin BP - nin ortaq şirkətlərindən biri olduğu məlum olmuşdu.
       Bəzi məlumatlara görə Kolumbiyanın Casanare bölgəsində ilk neft müəssisələrinin açıldığı 20 il müddətindən bu yana nüfuzlu şəxslərin yüzdə üçündən çoxu ya öldürülmüş ya da ortalıqdan yox olmuşdu. Bu cinayətlərin də arxasında BP ilə əlaqəli paramilitar qüvvələrin dayandığı bildirilir.


       “End Oil sponsorship” şüarı ilə keçirilən nümayiş zamanı qrupun aktyorlarından olan Jess Worth BP – nin sponsorluğunun hansı şərtlərlə həyata keçməsi haqqında deyir: “ BP tərəfindən törətdilən cinayətlərin cəzasız qalması incəsənət sahəsindəki müttəfiqləri ilə birbaşa əlaqəlidir. Şirkətin sponsorluq fəaliyyəti onun cəza almadan məsuliyyətdən yayınmasına zəmin yaradır”.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur