Can
Bir adam keçən əsrin ortalarında yada ondan əvvəlki əsrin sonlarında mövcud idi.O Şərqi Avropanın mərkəzində kiçik bir şəhərdə yada Asiyanın bilinməz adalarının birində yaşayırdı.Məlumdur ki,bu məlumat hamı kim üçün əhəmiyyət daşımır.Həyatını böyük nüsxələr satmayan qəzetə məqalə ( esse ) yazmaqla qazanan bu adamın , yazılan qəzetin son səhifələrinin sol ( bəlkə də sağ ) küncündə dərc olunur.Dərc olunsa belə oxuyucusu yoxdu ( bəlkə də vardı , kim bilir ? ) .Özüdə illərdir bunun fərqində olmaqla yaşayırdı.
Bəs nə üçün dərc olunur ? Mərhəmətli müdürlər hələ də tapmaq mümkündür.
Bu dəfə yazısının kütlə üçün yox,içindən gəldiyi kimi,özünü ifadə edəcək qədər yazacaqdı.Kütləsi olmayandan sonra kütləyə müraciət etmək mənasız olduğu kimi,kütlə üçün özü olmamaq-başqası üçün başqası olmaq kədərliydi.” Mücərrəd “ adlı qəzetin son səhifəsinin ən lazımsız yerində dərc olunacaq yazısı üçün artıq adda tapmışdı ; “ Yaşamaq məcburiyyəti və onun sancıları ”
Adı, yaşadığı yer,nə yazdıqları bizim üçün məna yoxluğundan əziyyət çəkən bu adam qələmini əlinə alıb hekayəsinə cavabsız sualla başladı :
Can nədir ? Bitkinin,heyvanın və insanoğlunun daşıdığı ortaq nəsnə.Kimin (ya da nəyin ) var olmaq üçün var edənə yalvarmaq şansı olur ?
Can olmadan onlar bunu yaradıcısından necə istəyə bilər ? Can şüur və təfəkkürün özü deyil ki ? – Deməli yaradılan yaradıcısından yaratmağını istəyirsə ilk əvvəl cana sahib olmalıdır.
Bu şansın olmadığı hər zehinə məlumdur.Seçmə şansı olmadan gözlərini açan bu canlar bu seçimlərin olmamasından şikayət edirlər.Fəqət əbədi yaşamaq üçün nəyi desən qurban verirlər.Bəs niyə ? Çox sadə - həyat eşqi.
Hər bir ətdən sümükdən olanlar varlıqlarını davam etdirmək üçün min cür əzab-əziyyətə dözürlər.Səbəb nədir ? Səbəb insanın bilmədiyi şeydən qorxmasıdır.Nədir bu bilmədiyi ? Bunun adı hər dildə ayrı,mənaca eyni olan - ölümdür.
Bu anda bu adamın kağızının üstündən keçən qarışqaya görə əlini saxladı.Astaca gedən bu qarışqanın yolunu kəsdi və barmağını üstünə basmaq istəyəndə qarışqa sürətlə başqa tərəfə qaçmağa başladı.Demək ki ,heç nəyin fərqində olmayan o canlı ( bəlkə fərqindəydi ? ) belə yaşamaq istəyirdi.Dünyanın fərqində ol yada olma,istək həmiş eyni qalır.
Məna yüklədiyin hər şeyi həyatından çıxarsan nə baş verər ? Yaşamaq və içində məhkum olduğu o var olma istəyi uçub gedər.Sanki heç vaxt olmamışdı , necə deyərlər lələ köçmüş yurdu qalmış.Canı qorumağın tək yolu ətrfaında hərəkət edən və etməyən hər şeyə məna yükləməkdir.Bəs bu məna hardan gəlib girir həyatımıza ? Heç bir yerdən , o həmişə ordaydı.İstədiyi vaxt gedir.Buna mən qərar vermirəm.Mən ağ şərabı sevirəm.Bəs onu sevməyimi kim təyin edir ? İstəklərimizin ipləri kimin əlindədir ? O hər kimdirsə,mən deyiləm.Olsa ən yaxşı halda O mənəm.Mən də O.Ağ şərabdan sonra ağ bədənli qadınları sevirəm.Deməli mənim ağla bağlı ortaq istəklərim var.Eyni ideyadan gəlirsə,yaratdıqlarının üst-üstə düşməsi çox təbii görünür,elə deyil ?
Bu adam özü – özünə sual verməyi sevir.Onsuzda bu sualı verəcək özündən başqa heç kimi yoxdur.Ağlına öz tənhalığı gəldi.Və bunları qeyd etməyə başladı :
Hər can tənha olduğu üçün tək ölüb,ölür və öləcək.Əslində isə tək yaşayır.Tənhalıq zülmətinin qarşısını almaq üçün kimlərsə,qarşısını alır.Biri gəlib ,biri gedir.Çox vaxt toplu halda öz zülmətlərini düşünməmək üçün onun və onun kimi yaxın bildiyi hər kəsə sığınırlar.Nəticə isə,heç vaxt dəyişmir,yəni insan tək ölür – Öz fikirlərinin qarışıq olduğunu düşünüb aydınlıq gətirmək üçün davam edir –
Tənhalıq hər zaman olduğu yerdədir.Heç dəyişmir,enerji kimi nədə azalmır.Ailə,dostlar,tanışlar gəlir və yox etməyə çalışır.Amma onların yanında belə tək hiss etdiyi zamanlar,bu haqda heç kimə bir şey demirəm.Bir dəfə həyat yoldaşımı ( daha doğrusu keçmiş həyat yoldaşıımı ) bu haqda nəsə deməyə çalışdım.Məni anlamadığını baxışlarından hiss edib susdum.Bu söhbətdən tam bir il keçmişdi ki, uşağımız ölü doğuldu.Bəlkə də bu haqda deməyin zamanı-vaxtı deyildi.Qızımızın heç nə itirmədiyini tənhaqlıdan gəlib,ora qayıtdığını dedim.Bu ideyamı özümdə saxlasaydım daha yaxşı olardı.Bundan sonra guya mən biganəyəm,sonra dedi ki,fikirlərimiz üst-üstə düşmür,sonra isə dedi ki,mənim məvacibim azdı ikimizə bəs etmir,sabah üç adam olsaq heç bəs etməyəcək.Bir az ağladı.Axı ilk tanışlıq günlərimizdə mənə - madiyyat sevginin qarşısında diz çökür-demişdi.O zamanlar bu sözünə çox sevinmişdim.Çünki mən də elə düşnürdüm.Bəlkə maddi gözümün zəif olduğuna görə belə düşünürdüm.Nə bilim.Sonra çııxıb getdi.Qadınlar.Peşman olub qayıdar düşündüm.Qayıtmadı.Qayıtmasada hər gün ağlıyır düşündüm.Sən demə şəhərin yaxşı yerində böyük evi olanla evləndi.Qadınlar həmişə belədir.Hissləri qabaran dəniz kimi yüksəlir,sənə həmişə belə qalacaq kimi gəlir , sonra isə çəkilib gedir , yerində isə yosunlar qalır.
Məni heç vaxt tərk etməyən tənhalıqla şam yeməyi yedim.Kədərdə qonaq gəlmişdi.Sevgimizin mənə öyrədə bilmədiyi şeyləri kədər öyrətməyə başladı.Çox keçməmişdi ki,kədər getdi.Özü getsədə öyrətdikləri ideyalarımı bəzədi.Deməli yumuşaq və isti yer insanı yuxuya aparanda,bərk və soyuq yer insanı həmişə diri və gözü açıq edir – Fasilə vermək qərarına gəlmişdi ki,fikrini tamamlamaq gərəkdi,bunun üçün yorğunluq sonrası istirahət əvəzedilməz nemətdir – Hər can öz kədərini dünyanın ən böyük,dəvədən də böyük görür.Çünki ona elə görünür.Çünki o bildiyi ,gördüyü,hiss etdiyi qədərdi.Bir adam yazmışdı ki,Cəhənnəm əzab çəkdiyimiz yer deyil,kiminsə əzab çəkdiyimizi bilmədiyi yerdir.Heç kimin tanımadığı biri cavab olar yazmışdı ki,dərd kişilərin cinsiyət orqanı kimidir.Hamı ən böyüyün özündə olduğunu düşünür – Heç kimin oxumayacağını bildiyi üçün özünə sərhəd qoymamaqdan çəkinmirdi – Hər canın canında eqoistlik yatır.Hər kəs kədərinə hər kəsin qayğı göstərməsini istəyir.Lakin insan bilməlidir ki,yaşadığı hər şeyi tək yaşayır.Zaman kədərini ilmə-ilmə edib hissələrə bölür.Böldükcə kiçilir.Kiçildikcə kölgəyə çevrilir.Nəticədə əllə toxuna biləcəyini zənn etdiyin şey sadəcə bir iz olur.Zərərsiz,hissiz və təsirsiz olan bir iz.
Yenidən özümə bir sual verirəm : Can nədir ? Ana bətnindən çıxan insan və heyvan ilk işi ana döşünə ağzını aparmaq istəyidir.Bu vərdişi bu can hardan öyrəndi ? Axı vərdişlər yaşandıqca qazanılır deyirlər.Bələyində uşaq öz xarakterini göstərir.40 il sonra gəlsən o bələk orda olmayacaq,amma ordakı xarakterlərə sahib uşaq yerindən heç tərpənməyəcək.O 40 yaşlı adam o körpənin qalığına çevriləcək.Bura qədər oxuyan qərərssiz bir-iki adam ,sizə daha yaxından baxmağı məsləhət görürəm.Gəlin birlikdə sual verək,Nə baş verir ? Həmin uşaq xarici görkəmi ilə xarakterini irsi olaraq alıbsa,sonra ətrafında xarakterin bir qulpundan tutmasıyla bir şəxsiyyət ortaya çıxır.Heç özü olmadan ,özündə olan pis şeyə görə pisləmirik.Bu işdə müqəssirdimi ? Bir uşağın hərəkətləri dəyişir yoxsa zövqləri ? Məncə zövqləri dəyişdikcə hərəkətidə dəyişir.Əvvəl oyuncaq istəyi ilə çırpınan o ürək,40 il sonra başqa zövq üçün çırpınır.O yaşlı adam o səhvlərlə dolu adamın səhvlərini anlayarsa müdrikləşmiş biri olaraq yaşamağa davam edər və işığı tapar.O qırx yaşını keçib,dayanmadan qocalan bədən mənəm.Əgər dayanmadan qocalaqdımsa,əgər sonum ölümdürsə,əgər içimdəki uşaq mənim yox,mən onun parçasıyamsa,bu var oluş hekayəsinin məntiqi nədir ? Ot kimi yamyaşıldan samana çevrilməkdə məqsəd nədir ? Bildik bu həyatın ilk qanunu fanilikdir,bəs niyə gəlib niyə gedirik ? Bu sualın cavabı şəxsə görə dəyişir.Və hər şəxs düz cavabı özündə olduğunu düşünür.
Bir gün iş yoldaşıma mətbəxə enib çay içməyi təklif elədim.Razılaşdım.Yol boyu özündən,sevdiyi yeməklərdən danışdı.Çay içdiyimiz vaxt isə öz maddi problemlərinə keçdiyi mövzu.Söhbət əsnasında isə mən də bəzi şeylər dedim.Halbuki içində kifayət qədər özüm vardım.Axı mən onu bura qədər dinləyib,dinlədiyim üçün bəzi suallar vermişdim.Amma o isə davam edirdi.Sonra bəzi işçilərin yediyini-içdiyini elə burada,masanın üstündə qoyub getdiyindən şikayətləndi.Sonra yenə səhər yediklərindən,zövqlərindən danışmağa o qədər baş qarışmışdı.Öz artıqlarını unutdu.Burdan nə nəticəyə gəlirik ? Hamımızın bildiyi ,çox azımızın gördüyü şey,özümüzdə olan eyibləri bilmirik.Can eyiblərini görməkdən çox,eyiblər axtarmaq onun təməl xarakterlərindəndir.Buna görə kimi günahlandırmaq olar ?
Bir gün ət mağazasının qabağından keçəndə yerə düzülmüş heyvan başları gördüm.Birinin gözü bağlı,birinki açıq.Bir müddət əvvəl onlarda candı.Pişik-it qabağına atılmış bağırsaqlar bir neçə saat əvvəl işlək vəziyyətdə idi.Ürəyi döyünür,qanı bütün bədənində gəzirdi.Beyni nə qədər düşünürdü bilmirəm,amma başının içində nəsə vardı.Məni təəcübləndirən bu qədər şeydir.Zahir və mənəviyyatdır.Bu qədər şey birləşib canı hərəkətə gətirir.Bəzi canların mənəvi dünyası ,hətta xatirələri belə olur.Onlar danışır,qərar verir,xəyallar qurub sözlər deyir.Ən çoxda düşünür.Nə baş verir ? Piydən,sudan,gəlib-keçən qandan,sinir deyilən şeylərdən ibarət olan o kiçik qutu bunları edir.Bu necə baş verir ? Yox,yox.Maddi şeylərin düzülüşündən can və mənəviyyat var ola bilməz.Əminəm buna.Başqa şey var.O şey nədirsə,həm maddədir,həm mənəviyyat.Və bu heç sadə şey deyil.Bəlkə çox sadədəir ? Məsələn 42 qədər sadə.Sonrada elm hər şeyi deyir deyirlər.Ey bilən adam ! Bu sualıma cavab ver – Müdürünün onun yazısına limit qoyduğu üçün qələmini bir yerdə saxlamalıdır.Yaradıcılığın heç vaxt bitməyəcəyini bilirdi.Bu yazısını sonsuz sayda dəyişiklər edə,bitməyəcək qədər ideyalarla bəzəyə bilərdi.Hər birini oxunmayacaq növbəti yazılarına saxladı.