balac-sahzade
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-10-09 /Oxunma Sayı: 1089

Balaca Şahzadə

                                        

                 “ Gözlər kordur .İnsan qəlbi ilə baxdığı zaman görər ” .

 

     Balaca şahzadə qəhramınını təxəyyülündən doğub insanlara bəxş edən adamdan danışaq əvvəl. Antoine de Saint-Exupery.1900-cu ildə Fransanın Lyon şəhərində doğulub.1926-cı ildə ilk kitabı “cənub poçtu” yazanda artıq o,  dənizçilik məktəbini oxuyub,sonra Ecole des Beaux-Arts da inşaat fakültəsinə daxil olub,təhsilini yarım saxlayaraq əsgərə çağrılıb və Fransa Hava qüvvələrində texnik olaraq xidmət etməyə başlayıb. Və Strasburqda pilotluq təhsili almış biri kimi,  Touşouse ve Dakar arasındakı uçuşlara pilotluq etməyə başlayıb.Kitabında ilk uçuş təcrübələrindən danışır.

 Daha sonra Argentina bölgəsinə göndərilir.”Gecə uçuşu” olan ikinci kitabını da həyatının Argentina dövrünü qələmə alır.

1935-ci ildə Tunisdə təyyarələri qəzaya uğrayır və 4 gün sonra ərəb bədəvilrəri tərəfindən tapılır.Təxəyyülündəki Balaca şahzadə ilə burda tanış olur və qələmə tökülməsi üçün bəşəriyyət 8 il gözləməli olur.

  1939-da səhəti imkan verməsədə könüllü olaraq müharibəyə yazılır və Fransa ordusu almanlara məğlub olduqdan sonra Amerikaya köçür.Burada

“ Dünya və İnsanlar” la,  “qırıcı pilotu” kitablarını yazır.

 1943-cü ildə alman təcavüzünə dözməyərək Amerika bayrağı altında yenidən müharibəyə qayıdır.Və 1944 –cü ildə təyyarəsi itkin düşür.Ölümündən 52 il sonra həyat yoldaşı və öz adı yazılan qolbaq ,4 il sonra yəni 2000-ci ildə təyyarəsinin qalıqları tapılır.Və onu vuran alman pilotu “ O təyyarədə kim olduğunu bilsəydim heç vaxt atəş açmazdım”  etirafını edir.

 Müharibəyə qayıtmadan əvvəl ən məhşur əsəri olan  Balaca Şahzadəni yazır.Bu kitab dünyada 200 milyondan çox satılmasına,ən çox dilə tərcümə olunmasına,Fransa ədəbiyyatında 20-ci əsrin ən yaxşı kitabı seçilməsinə,Martin Heydenqerə görə isə dünya ədəbiyyatının ən yaxşı kitabı olduğunu düşünməsinə,euro-ya kimi fransa milli pulları olan frankdın 50 liyində kiçik şahzadəyə həsr etməsinin,Yaponiyada bir kəndin balaca şahzadə adının qoyulmasının ,nağıl kitabı olsada 10 fəsləfi kitab siyahısında   “ zərdüşt belə deyirdi” ilə eyni siyahıda olmağa və ölümündən sonra müəllifə böyük şöhrət gətirən kitabın uşaqlar üçün yazıldığı halda böyüklərində oxumasına səbəb nə idi ?

  Necə deyərlər nağıllar uşaqları yatırdmaq , böyükləri oyatmaq üçündür.Biz isə bizi oyatmaq üçün müəllif hansı yolları seçdiyini ,daha doğrusu kitabı bitirdikdən sonra kitabın bizə  qazandıracağı bir neçə nüansdan danışacağıq.

  Bir az iddialı olsada bu sözü deyə bilmək yalnız bu kitaba aid olduğunu düşünürəm : “ Balaca şahzadəni sevmədinsə,demək onu başa düşməmisən”.Böyüklərə necə uşaq olmağı yox,necə yaxşı böyük olmağı öyrədən kitaba kiçik səyahət edək.

 

  Kitab bizə baxmağa deyil görməyə çalışmaq lazım olduğunu müəllifin öz uşaqlığındakı çəkdiyi ilk şəkillə göstərir.

                                                                      

 Balaca şahzadə ilə səhrada tanış olduqdan sonra onun üçün bir neçə qoyun çəkir o heç birini bəyənmir.Müəllif şahzadəyə sevdiyi qoyun qutunun içindədir deməsi sizcə bir az qəribə deyil ? Burda sanki müəllif bizə bir şey deyir.Bir şey dediyini hiss edirəm, lakin onu anlaya bilmirəm.Və bilirəm ki anladığım məna o qutunun içindədir.Görmədiyim,bilmədiyim təqdirdə o mənim üçün əvəzedilməzdir.

  Kiçiklərin dünyasında pulun ,şöhrətin,qürurun və ciddiliyin rol oynamadığı kəpənək yığmağın,sevdiyini oyunla ,yada böyüklər kimi ipək parçadan deyil adi parçadan olsa belə gəlinciyi ilə xoşbəxt olmağı  təsvir edən və həmçinin böyüklər üçün yazılmış ,nağıl kitabının fəlsəfi ruhunu ən ucalarda tutan başqa kitab kim mənə göstərə bilər ?

   Baobab ağaclarını alman nazilərinə çox bənzəyir Exuperiyə görə.Əgər  vaxtında toxumu məhv edilməsə bütün dünyanı sararvə planetimizi dəlmə deşik edərək yaşanmayacaq hala salınacağını deyir.Bu nifrətdəndir ki,o yenidən müharibəyə qayıdarkən 3-cü dəfə almanlarla üz-üzə gəlmiş olur.

                                                   

Növbəti fəsildə isə Balaca şahzadə bizə Con Lenonun “ Hər kəs  gün doğuşunu sevir.Lakin az adam onu izləyir “sözünü xatırladır.

                                     

Hər birimizin planetinə,dünyasına bir  gül toxumu gəlib torpağımızda cücərər.O gül biz hiss etmədən yavaş-yavaş böyüyər-böyüyər.Torpağın ən üst qatını dəlib keçdikdə biz onu hiss edirik.Lakin hələ onu sevmirik.Çünki gül açmayıb.Biz nə onun rəngi ilə,nədə ki qoxusu ilə tanışıq.Onu açdıqdan ,rəngini gördükdən və qoxusunu içimizə çəkdikdən sonra onu sevdiyimizi anlayırıq.Qəlb bu gözəlliyə dözməyib necə sürətli döyünməsin ki ?

 Onun gülü palçıq vulkanların çox olduğu El-Salvadorlu Konsula Suensindi.Və gülü dəyərli qılan ona sərf olunan zamandır dediyi üçün onu özünə həyat yoldaşı seçir

.

Və digər güllərə heç birinin ona bənzəmədiyini deyir.Çünki onun planetindəki gül tək,dünyada isə bir-birinə bənzəyən yüzlərlə güllərin heç birini onun kimi olmadığını deyir.Və onu şüşə qabda saxlayır.Axı balaca şahzadənin özü Exuperynin yaşadıqları idi.Öz həyatında belə bizə sevdiklərimizi sevsək belə,bəzən onları tərk etmək məcburəyyətində qaldığımızı bizə hərəkətləri ilə deyir.

  Güllər bəzən eqoist ola bilir.Bu ayrılığa qarşı gəlir və sonda gül deyir, “Axmaqlıq elədim.Səni burda saxlamağa çalışdım.Xoşbəxt olmağa çalış.”

   Təbii ki,hər bir kişi vaxtı ilə balaca olduğu üçün içində bir balaca şahzadə  olması təbiidir.O olmadığı müddətdə heyvanlar yeməsin,külək ləçəklərini tökməsin deyə şüşə qabda qoyub onu planetində tək qoyub getmək istəyir.Hər bir gül qürurludur.Qorumaq mövzusunda hər biri 4 tikanını göstərib ,”özümü qoruya bilərəm” deyir və sonda, “ Əgər getmək qərarına gəlmisənsə, dayanma get “ deyir.

  Biz nə vaxt özümüzü mühakimə etmişik ? Böyüdükcə bu xüsusiyyəti unuduruq.Lakin balaca şahzadə içimizdə olan və hələdə ölməyən o uşağa səslənib və deyir, “ Başqalarını deyil,özünü mühakimə et “.                  

                                                                                        

  Növbəti planetdə təriflə yaşamaqla özünü mühakimə etməməyin eyni bir şey olduğunu deyir bizə yazıçı.Hər biri ayrı planetlərdə olsa belə.

  İçmədən xoşbəxt ola bilmək güclü olmaq göstəricisidirsə,kədərdən içmək zəiflik göstəricisidir.Bəli doğrudur,böyümək kədərlidir.Nə qədər kədərli olsada biz bununla yaşamaq məburiyyətindəyik.Unutmağın bir şeyin orda olmaması demək deyil.

                                                                  

 

 

   Böyüdükcə rəqəmlərlə işləyirik.İşlədikcə daha ciddi işlərlə məşğul olduğumuzu düşünürük.Bunlardan daha ciddi olan nədir soruşsanız balaca şahzadədən o dəqiqə sizə belə deyəcək “ Ulduzlara baxmaq “.

    Nə işi gördüyün deyil,gördüyün işi necə görməyin vacibdir.Əgər işini sevirsənsə,demək xoşbəxtsən.Necəki,Nasada Keneddyə süpürgəçidən nə etdiyini soruşduqda,oda ona aya raket göndəririk deməsi kimi.

   Bir masa arxasında olmaq,məlumat toplmaq kəşf olmadığını coğrafiyaçılar yaxşı bilir.Gəzmək,görmək kəşf olsa belə bəzən kəşf etmək görən gözə yox,ürəyin səsini eşidən qulağa ehtiyac var.

                                                                           

 

  Bir insanın təxəyyül gücü sərhədsizsə,o ilanın gözündə insanlara baxsa deyər ki “ insan insanlar içində tənhadır “.Balaca şahzadə haqlıdır.İnsanların öz dünyası,xəyal gücü yoxdur.Eşitdiklərini təkrarlayırlar.            

  Və tülki dedi :

 “ Sən mənim üçün yüz min oğlan uşağına oxşayan uşaqlardan birirəsən indi.Sənə ehtiyacım yoxdur.Mən də sənin üçün yüz minlərlə tülkidən biriyəm sadəcə.Amma məni əhilləşdirsən bir-birimizi ehtiyac bilərik.Sən mənim üçün dünyada birdənə olarsan.Məndə sənin üçün dünyada birdənə “.

  Vaxt qazanmaq üçün hər şey edirik.Su içməyə belə vaxt sərf etməkdən vaxt qazanmaq istəyirik.Bəs nə üçün qazandığımız vaxtla su içmək üçün bulaq başına getmirik ?- Kitab bizdən soruşdu.

  Bunu ancaq 4 gün səhradan susuzluqdan ölmək üzrə olan biri yaza bilərdi

 “ Səhranı gözəl edən bir yerdə quyunu özündə gizlətməsidir.”Qutuda olan quzu kimi.Vacib olan görünməyəndir.Uşaqlar bilməsədə böyüklər bilir ki,uşaqların gördüyünü böyüklər görməz.

 Böyüklərə görə ulduzlar onlara yol göstərən,bəzilərinə görə cavabı tapılmayan suallar,bəzilərinə görə sahib olduqları hər şey.Sadəcə uşaqlar birini baxıb gülümsəyəcək.Hər biri bir ulduzu seçəcək.Amma hansı birində balaca şahzadə olduğunu heç kim bilməyəcək.Bilmədikləri üçün hər biri öz ulduzunda balaca şahzadənin ona güldüyü düşünəcək.Və ulduza gülümsəyəcək.Uşaqlar bütün ulduzlar deyil, bir ulduz xoşbəxt edəcək.Və uşaqlar bir-birinə sual verirlər quzu çiçəyi yedi yoxsa yox ?

                                

    Böyüklər əgər səhrada gülən,suallara cavab verməyən,qızıl saçlı balaca birini görsəz  əmin olun ki,bu balaca şahzadədir.Və bunu Experyə deyin ki,bu xəbərdən təsəlli alsın.

 

 Kitab sizə balaca gəldi ? Bir neçə saatda bitdi ? Daha uzun ola bilməzdi ? suallarını verirsizə ,bilin ki əsər 700 səhifədən 70 səhifəyə endirilib və yağlı boya ilə müəllif səhrada təxəyyülündə olan balaca şahzadəni çəkib.Və ona bu sualları verənlərə deyib  “ Mükəmməl yazıya  əlavə ediləcək heç bir şey qalmayanda yox,yazıdan çıxarılacaq heç bir şey qalmayanda çatılır”.   

 

Paylaş: