daxili-kommunikasiya-sobesinin-tedbirlerin-teskili-uzre-mutexessisi-event-manager
Müəllif: Publisist.az /Tarix: 2022-01-16 /Oxunma Sayı: 933

Daxili kommunikasiya şöbəsinin Tədbirlərin təşkili üzrə mütəxəssisi (Event Manager)

İş haqqında

Görəcəyiniz işlər:

 

  • Tədbirləri planlaşdırmaq  və həyata keçirmək;
  • Tədbirlərin keçirilməsi ilə bağlı məkan, avadanlıqlar, dekor, qidalanma, əyləncə, daşınma, promo materiallar və s. kimi bütün detalları təşkil etmək və idarə etmək;
  • Bazarı araşdırmaq, tədbir imkanlarını müəyyənləşdirmək və maraq yaratmaq;
  • Tədbirlərin maliyyə idarəçiliyinə nəzarət etmək;
  • Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün təşəbbüslər irəli sürmək;
  • Daxili kommunikasiya kanallarını idarə etmək;
  • Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
  • Korporativ kommunikasiya vasitəsi ilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işlərin icra edilməsini təmin etmək;
  • Bankdaxili kommunikasiyanın gücləndirilməsi üçün fərqli fəaliyyətləri təşkil etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan, İngilis və Rus dili biliklərinə;
  • Yüksək ünsiyyət qabiliyyətinə və intellektə;
  • Rəsmi məktub, xidməti məruzə, təqdimat və hesabat hazırlamaq bacarığına;
  • Moderatorluq, çıxış etmək və inadırma bacarığına;
  • İzdihamın idarə olunması bacarığına;
  • Yerli və beynəlxalq tədbirlərin təşkilində iş təcrübəsinə sahibdir.

Bitmə vaxtı: 14.02.2022

Müraciət et 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur