genclerin-dayaniqli-mesgullugu-proqrami
Müəllif: Publisist.az /Tarix: 2021-07-30 /Oxunma Sayı: 374

“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Gənclər Fondu tərəfindən birgə həyata keçirilən “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi – “Biznesini Yarat Marafonu”nun seçim mərhələsini uğurla keçən şəxlər üçün biznes təlimləri davam edir.
 
KOB Azərbaycan / SMB Azerbaijan dəstəyi ilə keçirilən təlimlər Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” seminar-təlimlərinə əsasən hazırlanmış mövzular üzrə beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən keçirilir.
Qeyd edək ki, təlimlər Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilir. Hazırda, təlimlər Sumqayıt şəhəri və Kürdəmir rayonunda təşkil edilir.
Təlimi uğurla başa vuran gənclərə biznes ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən resurs və maliyyə dəstəyi göstəriləcək.
Həmçinin, iştirakçılara fəaliyyətlərini uğurla təşkil etmələri üçün mentor dəstəyi göstəriləcək.
Məlumat üçün bildirək ki, marafona 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc müraciət edib. Qısa videoçarx şəklində təqdim edilən biznes ideyalar dəyərləndirilərək 127 gənc təlim mərhələsində iştirak etmək haqqı qazanıb.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur