kamyunun-absurd-olumu
Müəllif: Jovhar Kheyrulla /Tarix: 2022-02-20 /Oxunma Sayı: 560

Kamyunun absurd ölümü...

XX əsrin ən güclü fransız yazarlarından biri olan Albert Kamyu 1913-cü ildə Əlcəzairin Mondovi qəsəbəsində anadan olub. Yoxsul bir ailədən olan Kamyunun atası Əlcəzair fransızı, anası isə ispan xanımı idi. O, 1914-cü ildə I Dünya müharibəsi dönəmində atasını itirir. Anası isə evlərdə təmizlikçi işləyərək oğlunun təhsil alması üçün çalışır. Lakin, Kamyu müstəqil həyat yaşamaq məqsədi ilə evdən gedir. 1923-cü ildə liseydə, ardınca isə Əlcəzair Universitetində təhsil alır. Tələbəlik illərində səhhətində problemlər yaranır və 1930-cu ildə vərəm xəstəliyinə yoluxur. Bundan sonra müxtəlif peşələrdə işləyən Kamyu, fəlsəfə təhsilini 1936-cı ildə tamamlaya bilir.

1934-cü ildə Fransız Komunist partiyasına qatılır. Elə həmin il Simone Hie ilə ailə həyatı qurur. Simone morfin bağımlısı idi və onun Kamyuya olan sədaqətsizliyi ucbatından bu evlilik ayrılıq ilə nəticələnir.

1935-ci ildə “Theatre du Travail” -“İşçi Teatrı”nı qurur və bu teatrın ömrü uzun sürmür 1939-cu ildə bağlanır.

Kamyu II Dünya Müharibəsi ərəfəsində nasistlərə qarşı yaradılmış Fransa Müqavimət Hərəkatına qatılır və bu hərəkatın bir parçası olaraq “Combat” adlı qəzet yayımlamağa başlayır. 1943-cü ildə qəzetin redaktoru olur amma 1947-  ci ildə qəzet ticari yön aldıqda buradan ayrılır.

Müharibədən sonra Sartr və Simona de Bovuar kimi şəxsiyyətlərin görüşdüyü Saint-Germain dəki “Cafe de Flore” u ziyarət etməyə başlayır. Eyni illərdə həmdə Amerikaya da səfər edərək burada fransız ekzistensializmi haqqında dərslər verirdi. Siyasi olaraq sol görüşlərə meyilli olmasına rəğmən komunizmə qarşı çıxması, ona komunist partilərdə dost qazandırmadığı kimi eyni zamanda Sartdan da uzaqlaşdırdı.

Kamyu 1949-cu ildə vərəminin təkrarlanması səbəbindən özünü iki il cəmiyyətdən təcrid etdi. Elə bu zaman da “Başqaldıran insan” kitabını çap etdirdi. Bu kitab Fransadakı bir çox solçu dostları və həmçinin Sartr qarşılanmadı və Sartrla birbaşa yollarının ayrılması ilə nəticələndi. Kitabının tənqidə məruz qalması Kamyunu teatr pyesləri yazmağa həvəsləndirdi.

Kamyu 1955 və 1956-cı illərdə fransız “L`Express” dərgisini yazır. Bunun ardınca 1957-ci ildə o, Nobel ədəbiyyat mükafatını qazanır. Nobel mükafatından sonra şöhrətinin artması onu XX əsr dünya ədəbiyyatının ünlü simasına çevirir.

Kamyu 4 yanvar 1960-cı ildə Sens yaxınlığındakı Villeblevin qəsəbəsində “L Gand Fossard” adlı yerdə keçirdiyi avtomobil qəzasında həyatını itirir. İronik olaraq Kamyu ölməmişdən öncə ən absurd ölüm formalarının hansı olduğu sualına avtomobil qəzası cavabını da vermişdi.

Paylaş: