qadinlar-ucun-sosial-imkanlar-telimi-kecirilecek
Müəllif: Publisist.az /Tarix: 2022-01-06 /Oxunma Sayı: 395

“Qadınlar üçün sosial imkanlar” təlimi keçiriləcək

7 yanvar tarixində saat 15:00-dan 18:00-a qədər “Qadınlar üçün sosial imkanlar” başlığı altında təlim keçiriləcək. 1 günlük təlim proqramında qadınların iqtisadi azadlığını təmin etmək üçün imkanlar haqqında məlumat veriləcək, bu imkanları qazanmaq üçün yollar müzakirə olunacaq. Bundan əlavə sosial yardım almaq üçün şərtlər haqqında da məlumat veriləcək.

Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.

Əlaqə telefonu: +994556466986

Qeydiyyat üçün link https://forms.gle/3cwuRPWheyDWb3zHA

Təlimçilər haqqında: Afaq Aqil- 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial iş ixtisasını bitirib. 2021-ci ildən Qadın Üçün təşəbbüs qrupunda sosial işçi kimi işləyir.

Könül Alıyeva- 2020-ci ildə Bakı Dövlət Universitetinin sosial iş ixtisasını bitirib. 2021-ci ildən Qadın Üçün təşəbbüs qrupunda sosial işçi kimi işləyir. MOCİ Qafqaz təlimçilər üçün təlim proqramının məzunudur.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur