yarat-film-klub-olu-adam
Müəllif: Publisist.az /Tarix: 2021-07-10 /Oxunma Sayı: 348

YARAT Film Klub: "Ölü adam"

"Ölü adam" (1995)
Rejissor və ssenarist: Cim Carmuş
XIX əsrin 2-ci yarısı (təxminən 70-ci illər). Vəhşi Qərb. Filmin qəhrəmanı mühasib Vilyam Bleyk cinayət törətdikdən sonra yaralı vəziyyətdə meşədə gizlənir. Burada o, "Heç kim" adlı qəribə hindu ilə qarşılaşır. Bu hindu, Vilyem Bleyki mənəvi dünyaya səyahətə hazırlayır…
Filmin müddəti: 120 dəq.
Dil: İngilis, Azərbaycan altyazıları ilə
Yaş məhdudiyyəti: 16+
14 iyul, 20:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Giriş sərbəstdir
Film, ARTIM Layihə Məkanında davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır…" qrup sərgisi çərçivəsində nümayiş olunur.
ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM ("tərəqqi" mənasında) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalq səviyyəli rəssamların eksperimental təcrübələrini və yeni əsərlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı layihələr həyata keçirilir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur